Azərbaycan gömrükçüləri 114 min aksiz markası ilə markalanmamış siqaretlər müsadirə etdi

12:20 - 5.07.2019


5 iyul, Fineko/abc.az. Azərbaycanın gömrük orqanları 114 min aksiz markası ilə markalanmamış siqaretlər müsadirə edib.

Dövlət Gömrük Komitəsindən verilən məlumata əsasən, Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinin əməkdaşları aksiz markası olmayan 114 min ədəd "King" markalı siqaretlər aşkar edib və müsadirə ediblər.

“İdarənin Əməliyyat İdarəsinə "Mercedes Benz" markalı minik avtomobilində aksiz markası ilə markalanmamış külli miqdarda siqaretlərin daşınması barədə məlumat daxil olub. Avtomobil Bakı-Sumqayıt yolunda saxlanılıb və yoxlanılıb. Yoxlama nəticəsində 18 qutu aksizsiz siqaret aşkar edilmişdir”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər