Bu gün bir sıra rayon və qəsəbələrin təbii qaz təchizatı dayandırılıb

10:58 - 30.07.2019


30 iyul, Fineko/abc.az.  Bu gün səhər saat 09.00-dan etibarən Sanqaçal, Umbakı, Sahil və Əzimkənd qəsəbələri, Bərdə, Tərtər, Ağdam, Yevlax, Goranboy, Ucar və Ağsu rayonları, eləcə də Xudat şəhərinin bir neçə kəndində qaz təchizatı dayandırılıb.

Bu barədə “Azəriqaz” İB məlumat verir.

Bu, aşkarlanan qaz sızmalarının ləğvi, bəzi yerlərdə qaz kəmərlərinin bir hissəsinin dəyişdirilməsi və payış-qış mövsümünə hazırlıq işləri ilə əlaqədardır. Bundan başqa bu gün saat 09.00-dan işlər başa çatanadək qaz xətlərində aşkar olunmuş qaz sızmalarının ləğvi, yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar Xətai rayonu, Əhmədli qəsəbəsində bəzi prospekt və küçələrdə də qaz təchizatı dayandırılıb.

 

Bütün xəbərlər