Yeddi ay ərzində 345 mln. dollarlıq meyvə-tərəvəz ixrac olunub

17:24 - 30.08.2019


30 avqust, Fineko/abc.az. “İxrac İcmalı”nda məlumat verilib ki, cari ilin 7 ayı ərzində meyvə-tərəvəz ixracı 345,3 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 119,4 milyon, pambıq lifi ixracı 83 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 62,8 milyon, kimya sənayesi məhsullarının ixracı 57,2 milyon, elektrik enerjisinin ixracı 56,5 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 37,6 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 17,4 milyon, pambıq ipliyi ixracı 17,3 milyon, şəkər ixracı  16,5 milyon  dollar təşkil edib.

Qeyd olunur ki, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyul aylarında pambıq lifinin ixracı 83,6%, alkoqollu və alkoqolsuz içkilərin ixracı 2,1 dəfə,  kimya sənayesi məhsullarının ixracı 40,9 %, pambıq ipliyinin ixracı 39,5 %, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 50,6 %, meyvə-tərəvəzin ixracı 14,6 %, şəkər ixracı 10,7 % artıb.

 

 

Bütün xəbərlər