330x110
 

Yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsi 19 mlrd. dollardan çox olub

18.09.2019,14:57


18 sentyabr, Fineko/abc.az. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla bu ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsi 19 milyard 932,8 milyon dollar, o cümlədən ixracın dəyəri 11 milyard 499,1 milyon dollar, idxalın dəyəri 8 milyard 433,7 milyon dollar təşkil edib.

Qeyd olunur ki, nəticədə 3 milyard 65,4 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. Ötən ilin eyni ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 14%, real ifadədə isə 6 %, o cümlədən idxal 15,6%, ixrac 1,2 % artıb.

Məlumata əsasən, ixrac əməliyyatları aparılmış ölkələr sırasında ilk beşlikdə İtaliya,Türkiyə İsrail,  Hindistan və Çin yerləşir.

Eyni zamanda ölkəyə məhsul idxal edən ölkələrin ilk beşliyində İsveçrə, Rusiya,Türkiyə, Çin, ABŞ yerləşir.