İpoteka və Kredit Zəmanəti Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

15:13 - 21.10.2019


21 oktyabr, Fineko/abc.az. 24 oktyabrda Bakı Fond Birjasında (BFB) “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu” ASC–nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Bu barədə ABC.AZ saytına  BFB məlumat verib.

Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.

Bildirilir ki, emissiyanın həcmi 20 milyon manat, nominal qiyməti 1000 manat və hərrac qiyməti 1007,8333  manat, faiz dərəcəsi 3 %, istiqrazların tədavül müddəti 23 il, faiz gəlirinin ödəniş müddəti 180 gündür. BTB-Kapital İŞ ASC anderrayter vəzifəsində çıxış edir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcək.

AİF-in ipoteka istiqrazlarının baza emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilib.

 

Bütün xəbərlər