“Azərsu” Badamdarda sürüşmə zonasında yeni layihələrin icrasına başlayıb

14:28 - 24.10.2019


24 oktyabr, Fineko/abc.az. “Azərsu” ASC–dən verilən məlumata görə, Səbail rayonunun Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində icra olunan layihə bu ərazidə baş vermiş torpaq sürüşməsinin aradan qaldırılması çərçivəsində tədbirlər həyata keçirilir. Layihə çərçivəsində ərazidə su təchizatı sistemlərinin və kanalizasiya şəbəkəsinin tamamilə yenidən qurulması qərara alınıb.

Ərazidə yaranan tullantı suları Salyan şossesində yeni tikilən daşıyıcı xəttə ötürülərək yaxınlıqdan keçən Bayıl-Bibiheybət-Lökbatan kollektoruna yönəldiləcək. Bununla da 10 mindən çox  sakinin içməli su və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşacaq.

Qeyd edək ki, Badamdar qəsəbəsinin 1-ci və 2-ci yaşayış massivlərinin içməli su təchizatı və kanalizasiya sistemləri 2016-2018-ci illərdə Azərbaycan Höküməti və Səudiyyə İnkişaf Fondu ilə birgə həyata keçirilmiş layihə çərçivəsində yenidən qurulub.

 Bildirilir ki, hazırda Səbail rayonunun Bibiheybət qəsəbəsi və 20-ci sahə yaşayış massivlərində də içməli su  və kanalizasiya layihələri icra olunur. 

Bütün xəbərlər