Şahdəniz Bravo platformasından hasilatın tədricən artırılması davam edib

10:46 - 6.11.2019


6 noyabr, Fineko/abc.az. Üçüncü rübdə Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam etmişdir.

Bu barədə ABC.AZ “BP Azerbaijan” şirkətinə istinadən məlumat verir.

Qeyd edək ki, doqquz ay ərzində yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə 12,2 milyard standart kubmetr qaz və təqribən 2,6 milyon ton (21 milyon barel) kondensat hasil edilmişdir.

Ötən ilin iyul ayının sonunda Şahdəniz Bravo platformasından ilk qaz əldə edildiyi vaxtdan hasilat tədricən artmaqda davam etmişdir.

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə 56 milyon (ildə 20 milyard) standart kubmetrdir.

 

Bütün xəbərlər