On ayda Azərbaycan Gürcüstandan 400 mln. dollarlıq mal idxal edib

15:52 - 19.11.2019


19 noyabr, Fineko/abc.az. Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan Gürcüstandan 400 milyon 350,7 min ABŞ dolları dəyərində məhsul idxal edib. Bu da illik müqayisədə 4,1 faiz çoxdur.

Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Azərbaycan Gürcüstanın ümumi ixracında 13,2 faiz paya sahibdir. Bu göstərici ilə Azərbaycan Rusiyadan sonra Gürcüstanın ikinci əsas ixrac tərəfdaşı olub.

 

Bütün xəbərlər