Azərbaycanın qeyri-neft malları arasında ən çox ixrac etdiyi məhsulun adı açıqlandı

16:33 - 28.11.2019


28 noyabr, Fineko/abc.az. 2019-cu ilin yanvar-oktyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (147,6 mln. dollar) liderliyini qoruyub.

ABC.AZ xəbər verir ki, bu fikirləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn deyib.

Bu siyahıda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 142,1 mln. dollar) ikinci və qabığı təmizlənmiş meşə fındığı (100,1 mln. dollar) üçüncü yerdə qərarlaşıb. Ümumiyyətlə, hesabat dövründə meyvə-tərəvəz ixracı 455,5 mln. dollar, plastmas və onlardan hazırlanan məmulatların ixracı 161,2 mln. dollar, alüminium və ondan hazırlanan məmulatların ixracı 106,9 mln. dollar, pambıq lifi ixracı 91,8 mln. dollar, kimya sənayesi məhsullarının ixracı 86,6 mln. dollar, elektrik enerjisinin ixracı 62,9 mln. dollar, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 50,9 mln. dollar, pambıq ipliyi ixracı 24,5 mln. dollar, şəkər ixracı 24,2 mln. dollar, alkoqollu və alkoqolsuz içkilərin ixracı 21,4 mln. dollar təşkil edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər