İlham Əliyev: SOCAR Ukraynadakı fəaliyyətini genişləndirəcək

10:57 - 18.12.2019


18 dekabr, Fineko/abc.az. SOCAR Ukraynadakı fəaliyyətini genişləndirəcək.

Bu sözləri dekabrın 17-də Prezident İlham Əliyev Bakıda Ukrayna Prezidenti Vladimir Zelenski ilə mətbuata bəyanatlarla çıxış edərkən deyib.

“SOCAR artıq uzun illərdir ki, Ukraynada fəaliyyət göstərir, altmışdan çox yanacaqdoldurma məntəqəsi, 4 neft bazası var. Bu gün biz bir daha bu məsələni müzakirə edərkən razılığa gəldik ki, SOCAR Ukraynadakı fəaliyyətini genişləndirəcək və konkret addımlar atılacaq”, - deyə Azərbaycan Prezidenti bildirib.


Bütün xəbərlər