Cari ildə “Bir Pəncərə” vasitəsi ilə 140 milyon dollarlıq qeyri-neft ixracı həyata keçirilib.

11:48 - 28.12.2019


28 dekabr, Fineko/abc.az. Bu ilin dekabr ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri isə 9,6 milyon dollar olub.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin dekabr sayında dərc olunub.

2019-cu ilin yanvar-dekabr ayları ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 140 milyon ABŞ dollarından artıq  dəyərində qeyri-neft ixracı həyata keçirilib.

 

Bütün xəbərlər