15:42 - 9.01.2020
9 yanvar, Fineko/abc.az. Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan neft hasilatı 500 milyon tonu ötüb.
Bunu “BP Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
O bildirib ki, 1997-ci il noyabrın 7-də AÇG üzrə “Çıraq” platformasından ilk neft hasil edilməyə başlanıb. Həmin dövrdən indiyədək yataqlar blokundan 500 milyon tondan çox neft hasil olunub. AÇG-dən 500 milyonuncu ton neftin çıxarılması isə ötən ilin dekabr ayının sonlarına təsadüf edib.
Qeyd edək ki, Azərbaycanın “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsindən əldə etdiyi birbaşa gəlir 140 milyard dollardan çoxdur.
AÇG-də tərəfdaşların iştirak payları bu nisbətdədir: BP - 30,37 faiz, “AzAÇG” (SOCAR) - 25 faiz, “Chevron”- 9,57 faiz, “Inpex” - 9,31 faiz, “Equinor” - 7,27 faiz, “ExxonMobil” - 6,79 faiz, “TPAO” - 5,73 faiz, “Itochu” - 3,65 faiz və “ONGC Videsh Limited” (OVL) - 2,31 faiz. AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.
© Azertag.az
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
24 Aprel 2024