Bakı-Sumqayıt yolunun genişləndirilməsinin bitmə tarixi açıqlandı – İlin ikinci yarısında

14:15 - 15.01.2020


15 yanvar, Fineko/abc.az. Bakı-Sumqayıt magistral avtomobil yolunun genişləndirilməsi layihəsi may ayında başa çatacaq.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) sədri Saleh Məmmədov bu günki mətbuat konfransında deyib.

O, qeyd edib ki, sözügedən yolun təxminən 7-8 km hissəsinin genişləndirilməsi nəzərdə tutulur. Agentlik sədri vurğulayıb ki, hazırda Azərbaycanda 1 km yolun çəkilməsi 778 min manata başa gəlir. S. Məmmədov bəhs olunan yol vasitəsi ilə gündəlik nə qədər avtomobilin hərəkət etdiyinə və digər məsələlərə də toxunub: “Hazırda hər gün Bakıdan Sumqayıta 12-14 min avtomobil, geri istiqamətdə isə 10-12 min avtomobil hərəkət edir. 2019-cu ildə Agentlik 51 layihə çərçivəsində 1,08 min km avtomobil yollarının təmiri və tikintisini həyata keçirməlidir. İşlərin faktiki həcmi isə 1,376 min km təşkil edib”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər