Azərbaycana ən çox məhsul satan ölkələr - SİYAHI

11:14 - 17.01.2020


17 Yanvar, Fineko/abc.az. Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələrin adları açıqlanıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Azərbaycan ötən il ən çox Rusiyadan məhsul idxal edib.

Şimal qonşumuzla yanaşı Azərbaycana ən çox məhsul Türkiyə və Çindən idxal olunub. Rusiyadan idxalın dəyəri 2 milyard 290,2 milyon ABŞ dolları, Türkiyədən 1 milyard 646,8 milyon dollar, Çindən isə 1 milyard 432 milyon dollar olub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər