Neftin qiyməti cümə axşamı günü enir, “Azeri Light” bahalaşıb

09:56 - 30.01.2020


30 yanvar, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri bu günkü ticarətdə azalır.

Yanvarın 29-da Londonun “ICE Futures” birjasında keçirilən ticarətin nəticəsində “Brent”in mart fyuçersi  $0,30 (0,5%) artaraq bir barelə $59,81 təşkil etmişdir. Onun qiyməti saat 9:15-də $0,53 (0,89%) enərək bir barelə $59,28 təşkil etmişdir.

Yanvarın 29-da Nyu-Yorkun NYMEX əmtəə birjasında “WTI” markalı neftin mart fyuçersi $0,15 (0,28%) azalaraq bir barelə $53,33  təşkil etmişdir. Mart ayı üzrə fyuçers qiyməti saat 9:15-də $0,54 (1,01%) enərək bir barelə $52,79 təşkil etmişdir. İlin əvvəlindən başlayaraq WTI təxminən 14% düşüb.

Azeri Light Azərbaycan neftinin qiyməti $0,47 (0,73%) artaraq bir barelə 64,42 dollar təşkil etmişdir.

 

Bütün xəbərlər