330x100
 

MİDA auditor axtarır

13.02.2020,12:27


13 fevral, Fineko/abc.az.  MİDA MMC “Güzəştli mənzil” Sisteminin SOC meyarları üzrə auditi, sistemin işə salınması və istismarının monitorinqi ilə əlaqədar xidmətlər üzrə tender keçirir. Tenderdə iştirak haqqı 500 manatdır.

Elanda qeyd olunur ki, tenderdə iştirak üçün sənədləri  25.02.2020 12:00 qədər , tender təklifini və  bank təminatını isə 13.03.2020 12:00 qədər dövlət satınalmalarının vahid internet portalı https://www.etender.gov.az   vasitəsilə təqdim etməlidirlər.

Zərflərin açılışı 16.03.2020 12:00-da həyata keçiriləcək.

Həmçinin bildirilir ki, tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada dövlət satınalmalarının vahid internet portalı vasitəsilə aparılır.

Əlaqələndirici şəxs : Vəliyev Zahid

Telefon: (994 12) 594-54-01 238