330x110
 

Azəriqaz Ağsu rəisini işdən azad edib – Birlikdən açıqlama

25.02.2020,14:28


25 fevral, Fineko/abc.az. Ağsu Regional qaz istismarı İdarəsinin (RQİİ) rəis müavini Elsəvər Rafiq oğlu İslamov tutduğu vəzifəsindən azad edilib.

Bu barədə məlumat ABC.AZ-a “Azəriqaz” İstehsalat Birliyindən verilib.

Məlumata görə, adıçəkilən şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə, xidməti müqavilə ilə çalışmaq istəyən vətəndaşa əvvəlcədən vəd verərək aldatma və s. əməllərinə görə işdən uzaqlaşdırılıb.

Qeyd edək ki, E.İslamov Ağsu RQİİ-nin rəis müavini kimi son bir həftə ərzində Göyçay rayonu üzrə xidmət sahəsinə nəzarət işlərini həyata keçirib.  Qurum bununla yanaşı açıqlamasında məsul şəxslərə xatırlatma edərək bildirib ki, rəhbərlik etdikləri kollektivlərdə işgüzar mühitin səmərəliliyini artırmalıdırlar. Əks halda nöqsanlara yol verənlər barədə qanun çərçivəsində cəza tədbirləri görüləcək.

Müəllif: Elmir Murad