Qarsdan Naxçıvana dəmir yolu çəkiləcək – Bakıda sənəd imzalandı

10:56 - 26.02.2020


26 fevral, Fineko/abc.az. Bakıda Qars-Naxçıvan dəmir yolunun tikintisi barədə sənəd imzalanıb.

ABC.AZ xəbər verir ki, sənəd fevralın 25-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfəri zamanı imzalanıb.

Bu barədə mətbuata birgə açıqlama zamanı Prezident İlham Əliyev məlumat verərək bildirib ki, Qars-İğdır-Naxçıvan dəmir yolunin tikintisi Naxçıvanın inkişafını artıracaq.

Dövlət başçısı qeyd edib ki, “Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Qars-İğdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti layihəsi ilə bağlı Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə və Türkiyə Respublikasının Nəqliyyat və İnfrastruktur nazirinin müavini Adil Karaismailoğlu imzalayıblar. Mətbuat konfransında Ərdoğan həmçinin bildirib ki, Türkiyədən Naxçıvana təbii qaz kəməri çəkiləcək.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər