Ekspertdən ucuzlaşan neftlə bağlı maraqlı PROQNOZ

14:51 - 2.03.2020


2 mart, Fineko/abc.az. Xəbər verdiyimiz kimi iqtisadçı-ekspert Rövşən Ağayev apardığı hesablamalar nəticəsində 2020-ci ildə dövlət büdcəsi və tədiyyə balansı üçün neftin minimum əlverişli qiymətini hesablayıb.

ABC.AZ xəbər verir ki, ekspert qeyd edib ki, neftin sürətlə ucuzlaşması resurs ölkələrində makroiqtisadi sabitliyin pozulması ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb.

Onun sözlərinə görə, qiymət elə səviyyəyə düşə bilir ki, hökumət hətta bu addımlardan sonra belə tədiyyə balansını minimum əlverişli qiymətə uyğunlaşdıra bilmir və nəticədə ödəmələr balansının mənfi saldosu hökumətin ehtiyatlarını yeməyə, yaxud milli valyutanın sürətlə dəyər itirməsinə səbəb olur. R.Ağayev hesab edir ki, tədiyyə balansının ümumi saldosunun necə olacağını kənardan heç kim proqnozlaşdıra bilməz - çünki biz kritik siyasi və iqtisadi şəratidə potensial olaraq ölkədən qaça biləcək kapitalın həcmi barədə zəruri informasiyalara malik deyilik: “Azərbaycanın dövlət büdcəsi və tədiyə balansı üçün minimum əlverişli neft qiyməti hansıdır? Büdcə üçün təxminən 50 dollar. Baxmayaraq ki, büdcə hesablamalarında 55 götürülüb, lakin 50 dollarlıq həddə Neft Fondu ehtiyatlara vəsairt ayırmadan və büdcə xərəclərinə orta hesabla 5-6%-lik sekvestr tətbiq etməklə 50 dollarlıq hədd büdcə üçün əlverişli minimum hədd sayıla bilər.

Tədiyyə balansı üçün bu göstərici 45 dollar intervalında dəyişir. 2015-ci il istisna ildir, çünki kəskin məzənnə dəyişikliyi nəticəsində ölkədən 11.5 mlrd. dollar kapital qaçmışdır. Amma 2016-cı ildə nefrin orta ilik qiymətinin 45 dollar olduğu şəraitdə həm cari hesablar balansı, həm də ümumilikdə ödəmələr balansı defisitdən yaxa qurtara bimədi”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər