Milli Məclisə sədr seçildi - Sahibə Qafarova spiker oldu

13:07 - 10.03.2020


10 mart, Fineko/abc.az. Martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclası keçirilir.

ABC.AZ xəbər verir ki, prezident İlham Əliyev iclasda iştirak edir.

İclasın Daxili Nizamnaməsinin 2-ci maddəsinə uyğun olaraq parlamentin ilk iclası ən yaşlı deputat Ziyad Səmədzadəyə həvalə edilib.

Z.Səmədzadə altıncı çağırış Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyub. Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra İlham Əliyev altıncı çağırış Milli Məclisin ilk iclasında çıxış edib. Gündəlik təsdiqləndikdən sonra Milli Məclis Sədrinin seçilməsi məsələsi müzakirə olunub və Yeni Azərbaycan Partiyası tərəfindən deputat Sahibə Qafarovanın Milli Məclisin sədri kimi namizədliyi irəli sürülüb. Səsvermədə 116 səs lehinə olmaqla, Sahibə Qafarova Milli Məclisin sədri seçilib.

 

Bütün xəbərlər