330x110
 

Gömrük bu ölkələrdən gələn nəqliyyat vasitələrinə qadağa qoydu – Siyahı

17.03.2020,15:30


17 mart,Fineko/abc.az. Bildiyiniz kimi Gürcüstan və İran İslam Respublikasından şəxslərin və yüngül minik nəqliyyat vasitələrinin gediş-gəlişinə qadağa qoyulub.

ABC.AZ Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, martın 18-dən bu məhdudiyyətlər Rusiya ilə sərhəddə yerləşən gömrük-sərhəd keçid məntəqələrində də tətbiq ediləcək.

Bu məhdudiyyətlər yalnız sərnişinlərə və yüngül minik avtomobillərinə aiddir. Yük nəqliyyat vasitələrinin gediş-gəlişində hər hansı məhdudiyyət yoxdur.

Tranzit yükləri daşıyan nəqliyyat vasitələrinin ölkə ərazisində hərəkəti Dövlət Yol Polisinin müşayiəti altında həyata keçirilir.

Digər ölkələrdən daxil olan yük nəqliyyat vasitələri isə dezinfeksiya işləri aparıldıqdan sonra təyinat nöqtələrinə yola salınır.

Hazırda Dövlət Gömrük Komitəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir, ticarətin asan, maneəsiz və sürətli şəkildə həyata keçirilməsi istiqamətində bütün zəruri addımlar atılır.

Müəllif: Elmir Murad