“Light” neftinin qiyməti 2002-ci ildən bəri ilk dəfə 25 dollardan aşağı düşüb

17:42 - 18.03.2020


18 mart, Fineko/abc.az. "Light” markalı xam neftin bir barrelinin qiyməti son 18 ildə ilk dəfə 25 dollardan aşağı enib.

Xəbər verilir ki, hazırda “Light” neftinin bir barreli Nyu-Yorkun NYMEX birjasında 23,80 dollara alıcı axtarır. Bu, 2002-ci ildən bu vaxtadək ən aşağı səviyyədir.

“Brent” neftinin bir barreli isə Londonun ICE birjasında 27,07 dollara satılır.

 

Bütün xəbərlər