Ərzaq və tərəvəzlərin qiyməti bahalaşıb – Araşdırma

10:16 - 2.04.2020


2 aprel, Fineko/abc.az. Marketlərdə bəzi ərzaq və tərəvəz məhsullarının qiymətində artım müşahidə olunur.

ABC.AZ-ın bir neçə marketdə apardığı araşdırmalara görə, bahalaşma son bir həftə ərzində başlayıb.

Belə ki, ötən həftə 70-80 qəpikdən satılan kartof hazırda 1.20 AZN və ya 1.30 AZN-ə ticarət olunur.

Kartofla yanaşı kələm, sarımsaq, çuğundur və kökün də qiymətləri bahalaşıb. Məsələn bundan əvvəl kiloqramı 4 və ya 5 manat olan sarımsağı indi o qiymətə tapmaq müşkülə çevrilib. Sarımsaq ən yaxşı halda 7.50 AZN-ə satılır. Sabun, şampun, yuyucu vasitələr, diş pastaları və digər bu kimi vasitələrin də qiymətində cüzi bahalaşma var.

Belə ki, əvvəllər 3.40 AZN-ə satılan "Pantene Prove" şampunu indi müştərilərə 3.90 və ya daha baha təklif olunur. Düyü və makaronun da qiymətlərində cüzi bahalaşma var. Bu bizim sizə təqdim etdiyimiz bir sıra məhsulların qiyməti idi. Amma görünən odur ki, qiymətlər getdikcə bütün məhsullara təsir edir. Qeyd edək ki, araşdırma Binəqədi ərazisindəki marketlərdə aparılıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər