Azərbaycanda 50 min iş yeri yaradılacaq - 30 milyon manat ayrıldı

11:56 - 5.04.2020


5 aprel, Fineko/abc.az.  Azərbaycanda yeni iş yerləri yaradılacaq.

ABC.AZ xəbər verir ki, bu koronavirus pandemiyasına görə Azərbaycan hökumətinin təsdiqlədiyi Tədbirlər Planında öz əksini tapıb. Məlumata görə, bu istiqamət çərçivəsində 50 min haqqı ödənilən ictimai iş yerinin yaradılması vasitəsilə işsiz şəxslərin müvəqqəti məşğulluğu təmin ediləcək. İki ay nəzərdə tutulan proqram üçün 30 milyon vəsait ayrılıb.

Qeyd edək ki, işin icrası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.

 

Müəllif: Elmir Murad

Bütün xəbərlər