330x110
 

Azərbaycan neft hasilatını azaldır - Yeni razılaşma

10.04.2020,10:30


10 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin videokonfrans formatında iclası keçirilib.

ABC.AZ xəbər verir ki, iclasda dünya neft bazarında balansın yaradılması və neftin qiymətinin sabitləşdirilməsi məqsədilə Azərbaycan da üzərinə yeni öhdəliklər götürüb.

Belə ki, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan yeni razılaşma çərçivəsində hasilatı həmin səviyyədən 164 min barrel azaltmalı olacaq. Bu müddət ərzində  Azərbaycan gündəlik xam neft hasilatını 554 min barrel həcmində saxlamalıdır.

Müəllif: Elmir Murad