Koronavirusun ən çox yayıldığı ölkələr - Yeni Siyahı

11:18 - 21.04.2020


21 aprel, Fineko/abc.az. Dünya üzrə koronavirus qurbanlarının satı 170 456 nəfərə çatıb, 652 093 nəfər isə bu virusdan sağalıb.

ABC.AZ xarici KİV-lərə istinadən xəbər verir ki, ölkələr arasında virusa yoluxma sayına görə ilk üçlükdə yenə ABŞ dayanır. Belə ki, aprelin 20-ə olan məlumata görə, ABŞ-da 792 913 yoluxma, İspaniyada 200 210 yoluxma, İtaliyada 181 228 yoluxma Türkiyədə 90 980 yoluxma, İranda 83 505 yoluxma, Rusiyada isə 47 121 yoluxma ilə qeydə alınıb. Koronavirusun ilk meydana çıxdığı ölkə olan Çin 82 758 yoluxma faktı ilə doqquncu yerdədir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər