330x100
 

Dövlət Komitəsi qiymətləndirici axtarır – Tender

13.05.2020,16:27


13 may, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Komitəsi dövlət müəssisələrinin bazasında yaradılacaq səhmdar cəmiyyətlərinin nizamnamə kapitalının müəyyən edilməsi, Bakı şəhərində yerləşən kiçik dövlət müəssisə və obyektlərinin, habelə respublikanın müxtəlif rayon və şəhərlərində yerləşən özəlləşdirilməsi və ya icarəyə verilməsi nəzərdə tutulan dövlət mülkiyyətində olan torpaq sahələrinin qiymətləndirilməsi prosesinə məsləhətçilərin (qiymətləndiricilərin) cəlb edilməsi üçün açıq tender keçirir.

Tenderdə iştirak haqqı 500 manatdır.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri 05.06.2020 11:00   tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 16.06.2020 17:00  qədər təqdim etməlidirlər.

İddiaçıların təkliflərinin açılışı 17.06.2020 11:00  tarixində aparılacaq.

Əlaqələndirici şəxs: Əfqan Qocayev

Telefon: (994 12)   4902408 (165)

Ünvan: Bakı, Xətai rayonu, Yusif Səfərov küçəsi, 50.