Neft qiymətləri artır, Brent-in qiyməti bir barelə $31-dan yüksəkdir

09:52 - 15.05.2020


15 may, Fineko/abc.az. Neft cümə axşamı ticarətinin yekunları üzrə artımdan sonra cümə günü ticarətdə bahalaşmağa davam edir.

Saat 8:45-də London ICE Futures birjasında Brent markalı neftin iyul fyuçersinin qiyməti $0,49 (1,57%) - barel başına $31,62-ə qədər artıb.

14 may ICE Futures birjasında ticarətin nəticələrinə görə, iyul fyuçersinin qiyməti $1,94 (6,65%), barel başına $31,13 qədər artıb.

8:45-də Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin iyun ayına olan fyuçersi $0,25 (0,91%) – bir barel üçün $27,81-ə yüksəldi.

Mayın 14-də Nyu-York əmtəə birjasında (NYMEX) hərracların nəticələrinə görə, WTI-nin iyun ayına olan fyuçersi $2,27 (8,98%) - bir barelə $27,56-a qədər bahalaşıb.

 

Bütün xəbərlər