Azərbaycanda ən çox ixrac hansı ay aparılıb? – Statistika

17:19 - 31.05.2020


31 may, Fineko/abc.az. 2020-ci ildə Azərbaycanda ən çox ixrac əməliyyatları yanvar ayında aparılıb.

Dövlət Gömrük Komitəsindən ABC.AZ-a bildirilib ki, bu il ixrac əməliyyatlarının ən yüksək göstəricisi yanvar, ən aşağı göstəricisi isə martda qeydə alınıb.

Belə ki, yanvarda ixrac əməliyyatlarının dəyəri 2 milyard 130,1 milyon ABŞ dolları, martda isə 957,3 milyon dollar təşkil edib.

Qeyd edək ki, bu ilin ilk 4 ayında ölkədə ixracın dəyəri 6 milyard 306,4 milyon dollar olub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər