Bu gün Bakı-Sofiya birbaşa aviareys açıldı

10:10 - 16.01.2018


16 yanvar, Fineko/abc.az. Bu gün Bakı-Sofiya birbaşa aviareysin açılığı oldu.

Reysin açılışında Azərbaycanın Baş naziri Artur Rasi-zadə və Bolqarıstanın Baş naziri Boyko Borisov iştirak ediblər.

Bakı və Sofiya arasında birbaşa aviareysin açılması barədə razılaşma Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Rumen Radev arasında danışıqlar çərçivəsində əldə olunub. Bolqarıstanın paytaxtı Sofiya Azərbaycanın ilk loukosteri "Buta Airways"in birbaşa uçuşlar yerinə yetirəcəyi Avropa İttifaqında ilk şəhər olacaq.

Uçuşlar həftədə bir dəfə çərşənbə axşamı günləri həyata keçiriləcək.

 

 

Bütün xəbərlər