Bir gün əvvəl artdıqdan sonra neft qiymətləri düşür

10:10 - 10.06.2020


10 iyun, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri çərşənbə günü hərraclarda, ABŞ-da ehtiyatların artımı barədə məlumatlar fonunda azalır.

Amerika Neft İnstitutunun məlumatına görə, ABŞ-da neft ehtiyatları 8,4 mln.barrel artıb, benzin ehtiyatları 2,9 mln. barel azalıb, distillat ehtiyatları 4,3 mln. barrel artıb, Kuşinq terminalında neft ehtiyatları 2,3 mln. barrel azalıb.

Saat 9:20-də London ICE Futures birjasında Brent-in avqust fyuçersi $0,52 (1,26%) – barel başına $40,66-a qədər düşüb. İyunun 9-da keçirilən sövdələşmələrin nəticələrinə görə, Brent-in avqust ayı üçün neft müqavilələrinin qiyməti $0,38 (0,93%) - bir barelə $41,18-ə qədər artıb.

Saat 9:20-də Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin iyul fyuçersləri $0,64 (1,64%) – bir barelə $38,30 qədər ucuzlaşıb. İyunun 9-da Nyu-York əmtəə birjasında (NYMEX) keçirilən ticarətin nəticələrinə görə, WTI-nin iyul fyuçersinin qiyməti $0,75 (1,96%), barel başına $38,94-ə qədər artıb.

 

Bütün xəbərlər