Azərbaycan buğda alışını azaldıb – 38 faiz

17:04 - 16.06.2020


16 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında Azərbaycana idxal olunan buğdanın həcmi açıqlanıb.

Dövlət Gömrük Komitəsindən ABC.AZ-a verilən məlumata görə, 5 ayda Azərbaycana 74 614,99 min ABŞ dolları dəyərində 341 835,27 ton buğda idxal edilib.

Müqayisə üçün qeyd edək ki, Azərbaycanın idxal etdiyi buğdanın dəyəri ötən ilin müvafiq dövrünün göstəricisinə nisbətən 40%, həcmi isə 38% azalıb.

Ümumiyyətlə, bu ilin yanvar-may aylarında buğdanın yeyinti məhsullarının ümumi ölkə idxalında çəkisi 1,79% təşkil edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər