İdxal olunan zəruri ərzaq məhsulları ƏDV-dən belə azad edilir - İzah

11:52 - 22.06.2020


22 iyun, Fineko/abc.az. Vergi Məcəlləsinə əlavə edilən 18-ci fəslin 224.4-cü maddəsinə əsasən, müvəqqəti vergi rejimi müddətində əhalinin sağlamlığının və zəruri ərzaq məhsulları ilə ehtiyaclarının təmin edilməsi məqsədilə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunan məhsul (mal) növlərinin idxalı əlavə dəyər vergisindən (ƏDV) azad edilib.

ABC.AZ Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, zəruri ərzaq məhsullarına vergi güzəştinin tətbiq edilməsi ölkədə ərzaq təhlükəsizliyinin qorunub saxlanılması baxmından əhəmiyyət kəsb edir.

Belə ki, bu azadolma və tətil paketi sahibkarlıq subyektlərinə qənaət olunan vəsaitdən biznesi qorumaq və inkişaf etdirmək üçün istifadə etməyə imkan verir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər