330x110
 

Bakı-İstanbul-Bakı aviareysi üçün niyə bilet almaq olmur?

27.06.2020,14:40


27  iyun, Fineko/abc.az.  Bir müddət əvvəl AZAL-ın Bakı-İstanbul-Bakı aviareysinə həftədə 2 dəfə uçuş elan etməsinə baxmayaraq vətəndaşlar  ya bilet əldə edə bilmir, ya da böyük çətinliklə üzləşir.

ABC.AZ-ın məlumatına görə, yalnız onlayn satış olan biletləri əldə etmək istəyənlər AZAL-ın rəsmi saytından bilet almağa cəhd etsə də buna heç cürə nail ola bilmirlər.

Öz növbəmizdə biz də məsələni aydınlaşdırmaq üçün Azərbaycan Hava Yolları Şirkətinin (www.azal.az) saytına daxil olub qurum tərəfindən iyulun 2-i və 4-ü tarixlərinə elan olunmuş uçuşlar üçün bilet almağa dəfələrlə çalışsaq da hər cəhdimizdə bir sıra problemlə üzləşdik. Belə ki, gah texniki problemin olduğu, gah saytda yenilənmə aparıldığından bilet satışı mümkün olmadığı qeyd olunurdu. Bütün bunlar isə onu deməyə əsas verir ki, AZAL insanları biletlə təmin etməyi bacarmadı. Bunun əziyyətini isə təbii ki, insanlar çəkməkdədir.                   

 Qeyd edək ki, AZAL Türkiyədəki Azərbaycan vətəndaşlarının, o cümlədən tələbələrin ölkəyə gəlməsi və müxtəlif şəxsi səbəblərə görə Azərbaycan Respublikası vətəndaşlarının Türkiyəyə gedişini asanlaşdırmaq üçün 29 iyun tarixindən başlayan həftədən etibarən qarşılıqlı razılıq əsasında həftədə iki dəfə Azərbaycan Hava Yollarının, iki dəfə isə Türk Hava Yollarının Bakı-İstanbul-Bakı və İstanbul-Bakı-İstanbul istiqaməti üzrə mütəmadi çarter reysləri həyata keçirəcəyini açıqlamışdı.

 

Müəllif: Elmir Murad

 

Açar sözlər: Azal