330x110
 

Bu rayonlarda yoluxma daha azdır - Siyahı

03.07.2020,17:44


3 iyul, Fineko/abc.az. Oğuz, Xızı, Yardımlı, Daşkəsən rayonlarında yoluxma daha aşağıdır. “Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bu gün keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, bu rayonlarda gündəlik 5-6 yoluxma qeydə alınıb: “Son günlər Cəlilabad, Şəki, Yevlax rayonlarında yoluxma sayı artır. Bütün bunlar onu göstərir ki, biz karantin rejimini davam etdirməliyik”.