Turizm Agentliyi binasının təmiri üçün tender keçirilir

12:11 - 17.07.2020


17 iyul, Fineko/abc.az. Dövlət Turizm Agentliyinin inzibati binasında əsaslı təmir və yenidənqurma işlərinin satın alınması üçün tender elan edir.

Tenderdə iştirak haqqı 300 manatdır.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderlərdə iştirak etmək üçün sənədləri 21.08.2020 12:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 31.08.2020 18:00 qədər təqdim etməlidirlər.

İddiaçıların təkliflərinin açılışı 01.09.2020 12:00 tarixində aparılacaq.

Telefon: (994 12) 5058704/ daxili 2304

Əlaqələndirici şəxs: Mehman Bayramov

 

Bütün xəbərlər