Koronovirusun ən çox yayıldığı ölkələr – Siyahı

24.07.2020,10:09


24 iyul, Fineko/abc.az. Dünyada 15 656 766 nəfərdə koronavirus aşkarlanıb.

ABC.AZ xəbər verir ki, bu günədək dünyada virusdan 636 575 nəfər ölüb, 9 543 498 nəfər sağalıb.

Ölkələr arasında koronavirusa ən çox yoluxma halı ABŞ (4 169 991 nəfər), Braziliya (2 289 951 nəfər) və Hindistanda (1 288 130) müşahidə olunur. Qonşu ölkələrə gəldikdə isə, Rusiya 795 038 yoluxma ilə dördüncüdür, Türkiyədə koronavirus xəstələri 223 315, Ermənistanda 36 162, İranda isə 284 034 nəfərə çatıb.

Müəllif: Elmir Murad