330x110
 

Qoşqar Təhməzliyə müavin təyin olundu

05.08.2020,15:14


5 avqust, Fineko/abc.az. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) yeni təyinat olub.

ABC.Az xəbər verir ki, Agentliyin Aparat rəhbəri Zəkiyyə Mustafayeva qurumun sədr müavini vəzifəsinə təyin olunub.

Z. Mustafayeva ilk ali təhsilini Azərbaycan Tibb Universitetində alıb. Təhsilini 2006-2009-cu illərdə Xəzər Universitetində biznesin təşkili və idarəedilməsi (səhiyyə sahəsində) ixtisası üzrə davam etdirib. 1992-2006-cı illərdə dövlət və özəl tibb müəssisələrində, 2007-2010-cu illərdə Səhiyyə Nazirliyinin “Səhiyyə sektorunda islahatlar” layihəsində müxtəlif vəzifələrdə fəaliyyət göstərib. 2010-2019-cu illərdə Səhiyyə Nazirliyinin Aparat rəhbəri, 2019-2020-ci illərdə AQTA-nın Aparat rəhbəri vəzifəsində çalışıb. Ailəlidir, 2 övladı var.