Avtomobillərin texniki baxışı üçün yeni mərkəz fəaliyyətə başladı

11:26 - 19.08.2020


19 avqust, Fineko/abc.az. Nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi üçün Qaradağ rayonu ərazisində yeni istifadəyə verilmiş müayinə mərkəzinin fəaliyyətə başlaması ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

Bu barədə ABC.AZ-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Müraciətdə deyilir ki , nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddəti bitmiş avtomobil sürücülər Bakı, Sumqayıt və Abşeron rayonu ərazisində yaşayan sakinlər paytaxtın Sabunçu rayonu ərazisində yerləşən Texniki Müayinə Mərkəzi, Sumqayıt Regional qeydiyyat-imtahan və texniki baxış şöbəsi ilə yanaşı paytaxtın Qaradağ rayonunun Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun 2-ci kilometrliyində (Sədərək Ticatət Mərkəzinin yanı) yeni istifadəyə verilmiş Müayinə Mərkəzində də nəqliyyat vasitələrini texniki baxışa təqdim edə bilərlər.

Sürücülərin diqqətinə çatdırılır ki, bütün texniki baxış məntəqələri istirahət və bayram günləri də daxil olmaqla hər gün saat 09:00-dan 18:00-dək fasiləsiz fəaliyyət göstərir.

 

Bütün xəbərlər