Onların təhsil haqqı güzəştləri belə halda da qalacaq – Detallar

14:12 - 7.09.2020


7 sentyabr, Fineko/abc.az. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların təhsil haqqı üçün güzəştlə bağlı qanuna dəyişiklik təklif edilib.

ABC.AZ xəbər verir ki, "Təhsil haqqında" qanuna təklif edilən dəyişikliyə əsasən, hazırda qüvvədə olan qanuna görə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Layihəyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə də bu hüquqü saxlayacaqlar.

 

Bütün xəbərlər