330x110
 

Yeddi ayda maaşların artdığı sahələr – Siyahı

14.09.2020,14:28


14 sentyabr, Fineko/abc.az. 2020-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 21,7 faiz artaraq 715,4 manat olub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Müəllif: Elmir Murad