Avropanın bu şəhərində 1 saat işləyən 25 dollar alacaq – Yeni qanun

11:30 - 7.10.2020


7 oktyabr, Fineko/abc.az. İsveçrənin Cenevrə şəhərində minimum əmək haqqını rekord həddə artırıb.

ABC.AZ-ın məlumatına görə, bundan sonra Cenevrədə minimum əmək haqqı 1 saat üçün 23 İsveçrə frankı (25 dollar) təyin edilib.

Bu isə o deməkdir ki, 41 saatlıq iş həftəsində aylıq minimum əmək haqqı 4 min frank, və ya 4347 dollara çatacaq.

Bununla bağlı referendum keçirilib və 58% bu dəyişikliyə razılaşıb. Belə yüksək əmək haqqı təyin etmək həmkarların təşəbbüsü ilə olub. Məqsəd yoxsulluğa qarşı mübarizə və sosial inteqrasiyanı gücləndirməkdir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər