Evro-5 standartlı yanacaq 2 il sonra istehsal oluna bilər – SOCAR rəsmisi

16:01 - 19.10.2020


19 oktyabr, Fineko/abc.az. Bütün maneələrə baxmayaraq, hazırkı SOCAR-ın hədəfi “Evro 5” standartına uyğun olan yanacağın istehsalına 2022-ci ildə nail olmaqdır.

ABC.AZ report-a istinadən xəbər verir ki, bunu SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılan modernizasiya işləri ilə bağlı açıqlamasında qurumun İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

O qeyd edib ki, hazırkı mərhələ məhz bundan ibarətdir. "Layihənin növbəti və sonuncu mərhələsi isə zavodun emal gücünün illik 6 milyon tondan 7,5 tona qədər artırılması ilə bağlı ola bilər və 2025-ci ilə qədər davam etməsi ehtimal olunur.

Lakin növbəti mərhələnin icrası məsələsinə hökumət təkrar baxacaq və baxılandan sonra son mərhələnin həyata keçirilməsi ilə bağlı yekun qərar veriləcək. Çox güman ki, bu qərar layihənin hazırkı mərhələsinin sona yaxınlaşdığı dövrdə nəzərdən keçirilə bilər” - deyə SOCAR rəsmisi qeyd edib.

 

Bütün xəbərlər