Aztelekom MMC-nin 3 tenderinin nəticəsi ləğv edildi – Qərar

10:42 - 5.11.2020


5 noyabr, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Aztelekom” MMC-nin 3 tenderinin nəticəsini ləğv edib.

ABC.AZ-ın məlumatına görə, qərara əsasən rele avadanlıqlarının alınması, təmizlik işləri üçün təsərüffat mallarının alınması, eləcə də “Aztelekom” MMC-nin inzibati binasında və struktur bölmələrində cari təmir-tikinti işlərinin aparılması üçün elan etdiyi açıq tenderlərin nəticələri ləğv olunub.

Müəllif: Elmir Murad

Bütün xəbərlər