“Bakı Tekstil Fabriki” MMC 8 milyon tibbi maska istehsal edəcək – Bir ayda

16:39 - 1.12.2020


1 dekabr, Fineko/abc.az. Dekabr ayında “Bakı Tekstil Fabriki” MMC 8 milyon tibbi maska istehsal etməyi proqnozlaşdırır.

ABC.AZ-ın məlumatına görə, bunu şirkətin direktoru Səkinə Babayeva deyib.

O qeyd edib ki, hazırda müəssisə gün ərzində 400 min tibbi maska istehsal edir. “Tibbi maskalara tələbat gündən-günə artır.

Müəssisədə istehsal olunan maskaların satış qiyməti 12-17 qəpikdir” deyə S.Babayeva vurğulayıb.

 

Bütün xəbərlər