On ayda qeyri-neft sektoru ixracında tomat yenə birincidir - Hesabat

11:32 - 2.12.2020


2 dekabr, Fineko/abc.az. 2020-ci ilin yanvar-oktyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında 173 milyon dollarlıq ixracla tomat birinci, 158,7 milyon ABŞ dollarlıq ixracla qızıl  ikinci və 94,7 milyon dollarlıq ixracla pambıq mahlıcı  üçüncü olub.

ABC.AZ-ın məlumatına görə, bu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin noyabr sayında qeyd olunub. Hesabatda vurğulanır ki, 2020-ci ilin 10 ayı ərzində meyvə-tərəvəz ixracı 467,3 milyon, pambıq lifi ixracı 95,8 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 86,7 milyon, kimya sənayesi məhsullarının ixracı 70 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 42,9 milyon, pambıq ipliyi ixracı 13,6 milyon,  spirtli və spirtsiz içkilərin ixracı 9,7 milyon, şəkər ixracı 16,8 milyon, bitki və heyvan mənşəli piylər və yağlar  ixracı 19,2 milyon, çay ixracı 7,7 milyon ABŞ dolları təşkil edib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər