“Azərbaycanda xarici biznes 2020”-nin təqdimatı olacaq

16:46 - 7.12.2020


7 dekabr, Fineko/abc.az. Dekabrın 11-də Alman-Azərbaycan Xarici Ticarət Palatasının “Azərbaycanda xarici biznes 2020” hesabatının rəsmi təqdimatı keçiriləcək.

ABC.AZ xəbər verir ki, tədbirdə Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann, həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankının (Bakı ofisinin rəhbəri İvana Duarte, “BP Azerbaijan”ın Yaxın Şərq və Xəzər ölkələrində kommunikasiya və təşviqat üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəylinin məruzələri dinləniləcək.

Qeyd edək ki, hesabat Azərbaycanda fəaliyyət göstərən xarici biznes nümayəndələrinin iştirak etdiyi Biznes Mühiti Sorğusunun nəticələrinə əsaslanır, xüsusilə də ölkədə investisiya mühitinə fokuslanır.

 

Bütün xəbərlər