Rusiyanın Azərbaycan pomidoruna qoyduğu qərarla bağlı açıqlama

14:11 - 9.12.2020


9 dekabr, Fineko/abc.az. Rusiyanın Azərbaycandan pomidor və alma ixracına qoyulmuş qadağa ilə bağlı araşdırmalar başlayıb.

ABC.AZ-ın məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyindən bildiriblər.

Agentlikdən bildirilib ki, Rusiya idxal olunan məhsullarda dəfələrlə zərərli orqanizmlər aşkar etdiklərini və bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə məlumat verdiklərini qeyd ediblər. "Xüsusilə də 22 oktyabrdan bəri Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti Avrasiya İqtisadi Birliyi üçün zərərli karantin obyektləri kimi qeydə alınan obyektlər aşkarlayıb.

Bu baxımdan, fitosanitar rifahı qorumaq, bu zərərvericilərin Rusiya Federasiyası ərazisinə gətirilməsinin və yayılmasının qarşısını almaq üçün Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti 10 dekabr 2020-ci ildən etibarən Azərbaycan istehsalı olan pomidor və almaların Rusiyaya idxalını qadağan etmək məcburiyyətində qalıb” deyə Agentlikdən qeyd olunub.

 

Bütün xəbərlər