Bu lotoreyaların tirajı dayandırılır – Qeyri-müəyyən vaxtadək

16:45 - 10.12.2020


10 dekabr, Fineko/abc.az. “Azərlotereya” ASC-nin “5/36”, “6/40”, “Yeni Binqo”, “4+4”, “Qış Möcüzəsi” və “Yeni il Sevincləri” tirajlı lotereyalarının keçirilməsi müvvəqəti dayandırılır.

ABC.AZ şirkətin açıqlamasına istinadən xəbər verir ki, lotoreya dekabrın 14-dən etibarən dayandırılır.

Məlumatda həmçinin qeyd olunur ki, oyunlara fasilə verilməsinə səbəb ölkə ərazisində tətbiq olunan sərtləşdirilmiş xüsusi karantin rejimidir. Qeyd edək ki, satılmış lotereya biletlərinin dəyərini satış məntəqələri ödəyəcək.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər