Bu ölkələr də peyvəndin tətbiqinə başlayır

10:26 - 17.12.2020


17 dekabr, Fineko/abc.az. Avropada xeyli ölkələ dekabrın sonundan etibarən koronavirus peyvəndini tətbiq etməyə başlayacaq.

ABC.AZ xəbər verir ki, Fransada bu ayın sonundan yeni növ koronavirus əleyhinə vaksinlərin vurulması başlayacaq.

Ölkədə 100 milyon insan üçün 200 milyon doza peyvənd sifariş edilib. Almaniyada da vaksinlərin tətbiqi ayın sonunda başlayacaq.

Belə ki, dekabdrın 27-dən tətbiqinə başlanacaq peyvəndlər ilkin mərhələdə qocalar evinin sakinlərinə vurulacaq.

Polşa isə kütləvi peyvəndin vurulmasına yanvar ayında başlayacaq.

Müəllif: Elmir Murad

Bütün xəbərlər